“Azəriqaz”: Azad olunmuş ərazilərdə fiziki işlərə hələ ki, başlanılmayıb

“Azəriqaz”: Azad olunmuş ərazilərdə fiziki işlərə hələ ki, başlanılmayıb
# 19 avqust 2022 12:05 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin (qaz-paylayıcı şəbəkəsinin qurulması - red.) aparılmasına hələ ki, start verilməyib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, indiyədək “Azəriqaz” tərəfindəl yalnız layihələndirmə işləri aparılıb, lakin fiziki işlərə hələ ki, başlanılmayıb.

“Bilirsiniz ki, ilkin növbədə oraya yüksək təziqli daşıyıcı kəmər çəkilməlidir, bunu da SOCAR-ın başqa idarəsi hayata keçirir. Ondan sonra da artıq “Azəriqaz”a növbə çatacaq”, - Ruslan Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR