“Azəriqaz”: Azərbaycanda qaz istehlakı artıb

“Azəriqaz”: Azərbaycanda qaz istehlakı artıb
# 12 avqust 2022 11:25 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında "Azəriqaz" İstehsalat Birliyi 4 825 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 342 mln. kubmetr çoxdur.

"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hesabat dövründə qazpaylayıcı şəbəkəyə verilən qazın 3 397 mln. kubmetri əhali, 1 428 mln. kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb.

Rəşad Cavadov onu da qeyd edib ki, hesabat dövründə ümumi qazpaylayıcı şəbəkəsi üzrə itkilərin azalma tempi 84 mln. kubmetr olub və 2,5 faiz bəndi təşkil edib. Hesabat dövründə qazpaylayıcı şəbəkəsi üzrə itkilər 8% təşkil edib.

Bununla yanaşı, yanvar-iyul aylarında istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 105,95% təşkil edib (əhali – 104,55%, qeyri-əhali – 107,1%), bu da illik müqayisədə 17,12 faiz bəndi çoxdur.

Rəşad Cavadov əlavə edib ki, avqust ayının 1-nə olan məlumata görə, “Azəriqaz” üzrə ümumi abonentlərin sayı 2 473 107 təşkil edib (əhali – 2 434 771 abonent, qeyri-əhali – 38 336 abonent).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR