“Azəriqaz”: Bakıda qaz abonentlərinin artımı üzrə üç rayon liderdir

“Azəriqaz”: Bakıda qaz abonentlərinin artımı üzrə üç rayon liderdir
# 27 yanvar 2023 12:44 (UTC +04:00)

Hər il Bakı şəhəri üzrə SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 50 minə qədər yeni qaz abonenti qeydiyyata alınır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin Bakı regional qaz istismarı departamentinin rəisi Rauf Əhmədov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ötən il bu göstərici 42 min səviyyəsində olub və qeydiyyata alınan abonentlərin 50%-i Xəzər, Sabunçu, Abşeron rayonlarının payına düşüb.

Rauf Əhmədov qeyd edib ki, bu il üçün nəzərdə tutulan təmir planının icrasına Bakı şəhərinin bütün rayonlarında başlanılıb: “Ən geniş işlər Xəzər rayonunda icra olunmaqdadır”.

“Azəriqaz” nümayəndəsi onu da vurğulayıb ki, İB-nin ən böyük problemlərində biri qaz şəbəkəsinə kənar qoşulmalarla bağlıdır və Bakı şəhərində bu göstərici üzrə lider Sabunçu rayonudur. Bu səbəbdən rayon ərazisində qazın verilişində əlavə olaraq hər həftə ən az 20-30 dayanma olur.

“Mütəmadi olaraq, bununla bağlı (kənar qoşulmalar – red.) yoxlamalar aparılır və yerində biz bu pozuntu hallarını aşkar edirik. Bunların da aradan qaldırılması, şəbəkənin yenidən normal vəziyyətə gətirilməsi ilə bağlı məcburən qaz təchizatı dayandırılır, nəticədə böyük bir ərazidə vətəndaşlar qaz təchizatı ilə bağlı əziyyət çəkirlər”, - Rauf Əhmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR