“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
  • Clock-gray 12:52
  • calendar-gray 09 Avqust 2019

“Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı günlərində - avqustun 12 və 13-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcək. Bundan başqa, 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti də gücləndiriləcək.

Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamenti, Sumqayıt Qaz İstismar Sahəsi, Regional Qaz İstismar İdarələri və xidmət sahələrində sutkalıq növbətçilik təşkil olunacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date