"Azəriqaz" gecə klubundakı partlayışdan sonra 356 nöqsan aşkarlayıb

"Azəriqaz" gecə klubundakı partlayışdan sonra 356 nöqsan aşkarlayıb
# 22 aprel 2022 11:40 (UTC +04:00)

Bakıda gecə klubunda baş verən partlayışdan sonra yaranan birgə komissiyanın fəaliyyəti çərçivəsində “Azəriqaz” İstehsalat Birliyinin abonenti olan 1 500-dək sənaye obyektinə (qeyri-yaşayış) baxış keçirib.

"APA-Economics" xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 356 halda nöqsan aşkarlanıb və qeyd olunan hallar üzrə qaz təminatı dayandırılıb. Nöqsanlar tikinti norma və qaydalarının və layihə-smeta sənədlərin qaydalarının tələblərin pozuntusu ilə əlaqədardır. Bu hallar Bakı və Abşeron rayonunu əhatə edir.

İlkin Behbudov qeyd edib ki, 274 halda qaz sayğacları çıxarılıb (nəzərdə tutulmayan qoşulmalara görə və “Azəriqaz”la müqavilə şərtlərinin pozuntusuna görə) və qaz infrastrukturu plomblanıb, digər 82 halda qaz sayğacları saxlanılma şərti ilə qaz infrastrukturu plomblanıb.

İlkin Behbudov onu da əlavə edib, artıq regionlarda da yoxlamalara da başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR