“Azəriqaz”: Havaların soyuq keçməsinə baxmayaraq, təbii qazın verilişində hər hansı problem yoxdur

“Azəriqaz”: Havaların soyuq keçməsinə baxmayaraq, təbii qazın verilişində hər hansı problem yoxdur
# 09 dekabr 2022 11:19 (UTC +04:00)

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin istehlakçıları tələbata uyğun olaraq təbii qazla təmin olunurlar.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

“Havalar yetərincə soyuq keçir. Daxil olan müraciətlərə istinad edib, qeyd edirik ki, təbii qazın verilişi ilə bağlı ölkə ərazisində hər hansı problem, məhdudiyyət yoxdur. İstehlakçılarımız təbii qazla tələbata uyğun olaraq təmin olunurlar.

Onun sözlərinə görə, tələbat artdıqca, istehlakçılara təbii qazın verilişi də artırılır.

İbrahim Kərbalayev onu da əlavə edib ki, hazırda “Azəriqaz” 2,4 milyondan artıq təbii qaz istehlakçısına xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR