“Azəriqaz”: “İnanırıq ki, “Azəristiliktəchizat” hər şeyə isti yanaşacaq" - VİDEO

“Azəriqaz”: “İnanırıq ki, “Azəristiliktəchizat” hər şeyə isti yanaşacaq" - VİDEO
# 22 aprel 2022 12:08 (UTC +04:00)

“Azəristiliktəchizat” ASC istilik mövsümünü (15 aprel tarixində bitib) qazın istifadəsinə görə “Azəriqaz” İstehsalat Birliyi"nə olan 41 mln. manat borcla başa vurub.

"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qarşı tərəf olan borcunu dəfələrlə az həcmdə qeyd edib.

“”Azəriqaz” satdığı qazın həcmini də bilir, qiymətini də bilir. Bu baxımdan, ümidvaram ki, qarşı tərəf də məsələyə çox adekvat, məsuliyyətlə yanaşacaq ki, növbəti dəfə iki dövlət qurumu arasında mübahisə yaranmasın, mübahisə predmeti olmasın. İnanıram ki, anlaşma olacaq və “Azəristiliktəchizat”la bağlı çox ciddi dəyişikliklər baş verir. İnanıram ki, növbəti mövsümdə bu qurum sözün bütün mənalarında, bütün sahələrə, mənzillərdən tutmuş, münasibətlərə qədər hər şeyə isti yanaşacaq”, - deyə, Eldəniz Vəliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR