“Azəriqaz” nümayəndələri Şəmkirdə sahibkarlarla görüşəcək

“Azəriqaz” nümayəndələri Şəmkirdə sahibkarlarla görüşəcək
# 22 sentyabr 2022 11:52 (UTC +04:00)

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, aksiya Şəmkir şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” sentyabrın 23-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR