“Azəriqaz” payız-qış mövsümünə hazırlıqla bağlı təmir-bərpa işləri aparır

“Azəriqaz” payız-qış mövsümünə hazırlıqla bağlı təmir-bərpa işləri aparır
# 15 iyul 2022 11:50 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı təmir-bərpa işləri aparılır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin şöbə rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bura həm kəmərlərin təmiri, həmçinin mövcud kəmərlərə texniki baxışın keçirilməsi daxildir.
“Misal olaraq qaz xətlərinin dayaqlar üzərinə qaldırılması. Belə ki, bu və ya digər formada qaz xətlərinin dayaqlardan düşməsi halları baş verir. Bu da müəyyən bir dövrdən sonra korroziyaya gətirib çıxarır. Son iki ay ərzində 4904 paqonmetr kəmər dayaqlar üzərinə qaldırılıb, dayaqlar bərkidilib, 70-dək qaztənzimləyici məntəqə və şkaf tipli qaztənzimləyici məntəqələr təmir olunub və s.”, - deyə İlkin Behbudov qeyd edib.

Şöbə rəisi həmçinin əlavə edib ki, vətəndaşlar tərəfindən təbii qazın keyfiyyət göstəriciləri ilə bağlı, yəni qazın çirkli olması ilə bağlı şikayətlər daxil olur.
“Sadəcə olaraq qış mövsümündə filtrlərin dəyişdirilməsi müəyyən problemlər yaradır. Çünki tələbat çox olur, qaz təminatını isə o müddətdə saxlamaq olmur. 10 yerdə filtrlərin dəyişdirilməsi planlaşdırılıb və artıq bu günə işlərin 50%-i icra olunub. Payız-qış mövsümünə işlər tam başa çatdırılacaq”, - deyə İlkin Behbudov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR