“Azəriqaz” Qarabağla bağlı proqramını hökumətə təqdim edib

“Azəriqaz” Qarabağla bağlı proqramını hökumətə təqdim edib
# 06 may 2022 13:10 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi Qarabağ ərazisinin qazlaşması ilə bağlı öz proqramını tərtib edib və hökumətə təqdim edib.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Qarabağ ərazisinin qazlaşması ilə bağlı “Azəriqaz” Energetika Nazirliyinin tərkibində olan xüsusi qrup çərçivəsində hərəkət edir. Hazırda konkret ərazilər üzrə layihələndirmə və digər işlər aparılır.

“İşlərə (tikinti – red.) nə vaxt start verilməsini gözləyirik. Hazırda işlərin nə zaman başlanacağı ilə bağlı dəqiq tarix yoxdur. Ancaq biz özümüz üçün müəyyən proqram tutmuşuq və bu proqram həm SOCAR-a, həm də hökumətə təqdim olunub. Nə vaxt tapşırıq olarsa, biz başlayarıq” - Ruslan Əliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR