“Azəriqaz” rəhbəri Salyan və Neftçala sakinlərini qəbul edəcək

“Azəriqaz” rəhbəri Salyan və Neftçala sakinlərini qəbul edəcək
# 07 oktyabr 2022 16:44 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Salyanda vətəndaş qəbulu keçiriləcək.

Bu barədə "APA-Economics"ə qurumdan bildirilib. Məlumata görə, 10 oktyabr saat 11:00-da Salyan şəhəri, Heydər Əliyev Mərkəzində (T.Xəlilbəyli küçəsi 126) baş tutacaq görüş zamanı Salyan və Neftçala sakinlərinin müraciətləri dinləniləcək. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinə (tel: 021 25 5 43 59) müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR