“Azəriqaz” rəhbərliyi Göygöl rayonunda sahibkarlarla görüşəcək

“Azəriqaz” rəhbərliyi Göygöl rayonunda sahibkarlarla görüşəcək
# 10 may 2022 11:56 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Göygöl rayonunda təşkil olunacaq.

"Azəriqaz"dan “APA-Economics”ə verilən məlumata görə, " İB-nin rəhbər şəxsləri Göygöl rayonu, Hummel küçəsi, Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

Məlumata görə, “Səyyar qəbul otağı” mayın 11-də saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR