“Azəriqaz” Suraxanıda sahibkarların suallarını cavablandıracaq

“Azəriqaz” Suraxanıda sahibkarların suallarını cavablandıracaq
# 04 may 2022 17:25 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Suraxanı rayonunda təşkil olunacaq.

"Azəriqaz"dan “APA-Economics”ə verilən məlumata görə, İB-nin rəhbər şəxsləri Suraxanı rayonu, Hövsan şosesi, Ticarət mərkəzinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

Məlumatagörə, “Səyyar qəbul otağı” mayın 5-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR