“Azəriqaz”: Tikinti zamanı qaz kəməri boyunca 75-ə yaxın mina aşkarlanıb

“Azəriqaz”: Tikinti zamanı qaz kəməri boyunca 75-ə yaxın mina aşkarlanıb
# 30 dekabr 2022 11:42 (UTC +04:00)

Gələn il SOCAR “Azəriqaz” İstehsalat Birliyinin əsas hədəflərindən biri, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma planına uyğun olaraq, bərpa olunan yaşayış məntəqələrinə qədər daşıyıcı qaz kəmərlərinin çəkilməsindən ibarətdir.

"APA-Economics" xəbər verir ki, bunu "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu il SOCAR “Azəriqaz” tərəfindən daxili maliyyə resursları hesabına Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndinə qədər 11,1 kilometr uzunluğunda yeraltı polietilen qaz xətti cəkilib.

“Biz çəkdiyimiz dəhliz boyunca minalanmış ərazidən keçməli olduq və tikinti zamanı həmin qaz kəməri boyunca 75-ə yaxın mina aşkarlanıb”, - Teymur Cəfərov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR