“Azəriqaz”dan yenilik! - VİDEO

“Azəriqaz”dan yenilik! - VİDEO
# 19 aprel 2022 14:10 (UTC +04:00)

Abonent məmnuniyyətini hər zaman yüksək tutan “Azəriqaz” İstehsalat Birliyi daha bir yeniliyin tətbiqinə start verib.

“Azəriqaz”dan “APA-Econoics”ə verilən məlumata görə, abonentlər əvvəllər istehlak etdikləri təbii qaza görə yaranan borcu www.azeriqaz.az saytına daxil olaraq yalnız bildiriş şəklində görürdülər. Yeni tətbiqdən yararlanmaqla abonentlər onlara lazım olan bir sıra mühüm məlumatları Birliyin 104/185 Çağrı mərkəzinə zəng etmədən özləri də əldə edə biləcəklər. Bunun üçün www.azeriqaz.az saytına daxil olaraq borcunu/limitini öyrən pəncərəsinə keçid etmək lazımdır.

Abunəçi kodu və ya sayğac nömrəsini qeyd edərək borcunu öyrən düyməsinə klik edilir. Abonent bu səhifəyə daxil olduqdan sonra son ödəniş tarixi, son ödəniş məbləği, Tarif (qiymət) Şurasının təbii qazdan istifadə tarifləri haqqında məlumatı, cari il ərzində abonentin təbii qazdan hansı limit tarifində istifadə etdiyi, növbəti limit mərhələsinə keçid edəcəyinə dair və bir sıra bütün lazımi məlumatlarla yaxından tanış ola bilər.

© APA | “Azəriqaz” daha bir yeniliyin tətbiqinə start verib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR