“Azərişıq” rəhbərliyi Salyanda vətəndaşları qəbul edəcək

“Azərişıq” rəhbərliyi Salyanda vətəndaşları qəbul edəcək
# 08 sentyabr 2022 12:21 (UTC +04:00)

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov 9 sentyabr saat 10:00-da Salyan şəhərində Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Salyan rayon İcra Hakimiyyətinin inzibati binasında (Təbriz Xəlilbəyli küçəsi 136) keçiriləcək.

“Azərişıq”dan “APA-Economics”ə verilən məlumata görə, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Salyan Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR