“Azərişıq” sədri Qax və Şəkidən olan vətəndaşları qəbul edib

“Azərişıq” sədri Qax və Şəkidən olan vətəndaşları qəbul edib
# 16 iyun 2022 17:26 (UTC +04:00)

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyunun 10-da Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edib.

“Azərişıq”dan “APA-Economics”ə verilən məlumata görə, Qax Elektrik Şəbəkəsinin inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR