"Azərişıq" sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

"Azərişıq" sədri Şəmkirdə vətəndaşları qəbul edəcək
# 22 noyabr 2022 18:14 (UTC +04:00)

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov noyabrın 23-də saat 10:00-da Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

APA-Economics” qurumun yaydığı məlumata istinadən xəbər verir ki, qəbul Şəmkir şəhəri, Cahangir Əliyev 33 ünvanında yerləşən “Azərişıq” ASC-nin Şəmkir İdarəetmə və Nəzarət Mərkəzində keçiriləcək.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Şəmkir Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR