“Azəristiliktəchizat” bu mövsümdə 3 900 yaxın yaşayış binanı istiliklə təmin edəcək

“Azəristiliktəchizat” bu mövsümdə 3 900 yaxın yaşayış binanı istiliklə təmin edəcək
# 09 avqust 2022 09:47 (UTC +04:00)

Bu ilki mövsümdə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3879 yaşayış binası, 280 məktəb,160 uşaq bağçası, 164 səhiyyə müəssiəsi və 2052 sosial və təsərrüfat obyektləri istiliklə təmin edilməsi nəzərdə tutulur.

“Azəristiliktəchizat”-dan “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə 1000 km-dən artıq magistral və məhəllədaxili istilik xətləri, 1300-dən artıq qazan aqreqatı, 3000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu və texniki rejim parametrlərinin saxlanılması üçün 20000-dən artıq müxtəlif tənimləyici və nizamlayıcı armaturlar istismar olunacaq.

Məlumata görə, mövsümə hazırlıq tədbirləri çərçivəsində 6,3 km müxtəlif diametrli istilik xətləri əsaslı təmir olub, 460 ədəd dirsək dəyişdirilib, 22 ədəd qazan aqreqatı əsaslı, 428 ədədi cari təmir olunub, 263 ədəd qazan aqreqatı mexaniki və 34 ədəd kimyəvi üsulla təmizlənib, 2332 ədəd nasos, 10014 ədəd müxtəlif diametrli siyirtmələr, 2128 ədəd mühərrik, 361 ədəd elektrik avadanlıqları və 396 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1097 ədəd genişləndirici çən təftiş olunub, zəruri təmir-bərpa işləri aparılaraq tam işçi vəziyyətə gətirilmişdir və hazırda işlər davam etdirilir.

“2022-2023-cü illər payız qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra edilməməsi ilə əlaqədar Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri tutduğu vəzifədən azad edilib, 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR