"Azəristiliktəchizat": Gələcəkdə daha çevik istilik təchizatı sistemlər aktual ola bilər

"Azəristiliktəchizat":  Gələcəkdə daha çevik istilik təchizatı sistemlər aktual ola bilər
# 15 noyabr 2022 16:02 (UTC +04:00)

Gələcək üçün daha çevik, lokal idarə olunan və özəl sektorlar üçün cəlbedici istilik təchizatı sistemlər daha aktual ola bilər.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, dövlət uzun müddət mərkəzləşdirilmiş istilik sisteminə vəsait və ya sərmayə qoymağa borclu deyil. Mərkəzləşdirilmiş sistemdən istifadə elə inkişaf etməlidir ki, gəlirlər xərcləri ödəyə bilsin ki, digər sistemlərlə rəqabət aparmaq mümkün olsun.

“Azəristiliktəchizat” olaraq o rəqabəti apara biləcəyiksə, bazarda qalıb fəaliyyət göstərəcəyik. Apara bilməyəcəyiksə, deməli başqa işlə məşğul olacağıq”, - İlham Mirzəliyev qeyd edib.

Onun sözlərinə görə, hazırda kifayət qədər müxtəlif isitmə sistemləri mövcuddur və hansı bir sistemi icbari tətbiq olunmayacaq, insanların seçimi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR