"Azəristiliktəchizat" qazanxanalara məsafədən nəzarət cihazları quraşdırır

"Azəristiliktəchizat" qazanxanalara məsafədən nəzarət cihazları quraşdırır
# 10 sentyabr 2019 09:44 (UTC +04:00)

"Azəristiliktəchizat" ASC indiyədək 157 qazanxanada və 66 istilik məntəqəsində texnoloji rejim parametrlərinə məsafədən nəzarət sisteminin quraşdırılmasını təmin edib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, növbəti mövsümlər ərzində digər qazanxana və istilik məntəqələrində də məsafədən nəzarət sisteminin quraşdırılması işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-yə məxsus qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə məsafədən nəzarət cihazlarının quraşdırılması Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.

Xatırladaq ki, 2005-ci ildə yaradılan “Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR