"Azəristiliktəchizat" sayğacların quraşdırılması ilə bağlı tender elan edəcək

"Azəristiliktəchizat" sayğacların quraşdırılması ilə bağlı tender elan edəcək
# 15 noyabr 2022 13:02 (UTC +04:00)

"Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində atılan addımlardan biri də sayğaclaşmadır. Sayğaclaşdırma layihəsi pilot layihə olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulub.

"APA-Economics" xəbər verir ki, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC sədrinin maliyyə məsələləri üzrə müşaviri İlkin Zərbəliyev bildirib.

Onun sözlərinə görə, qeyri-əhali istehlakçıları üçün 60-ə yaxın sayğacın quraşdırılması planlaşdırılır və bununla başlı tenderin elan olunması nəzərdə tutulub.

İlkin Zərbəliyev əlavə edib ki, pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəlliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursları daha effektiv planlaşdırmaqdır.

ASC nümayəndəsi qeyd edib ki, isti su təchizatı sistemində bütün istehlakçıların sayğaclaşdırılması məqsədi ilə yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq müqavilə imzalanıb və 3500-ə yaxın isti su sayğacının alınaraq quraşdırılması işlərinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR