“Azərkosmos” Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

“Azərkosmos” Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib
# 04 avqust 2022 09:56 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərkosmos” və İsveçrənin “Signalhorn” şirkəti arasında növbəti əməkdaşlıq müqaviləsi imzalanıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən “Signalhorn” şirkəti “Azerspace-1” peykinin Avropa yayım şüası üzərindən dənizdə internet xidmətləri təqdim etməyə başlayıb. Azerspace-1 peykinin resursları “Signalhorn” şirkətinə məxsus teleportdan birbaşa Aralıq dənizində hərəkət edən kruiz gəmilərinə ötürülür.

Qeyd edək ki, “Azərkosmos” qlobal peyk rabitəsi bazarının əsas seqmentlərindən biri olan dənizdə genişzolaqlı rabitə imkanlarını təkmilləşdirməyə davam edir. Hazırda “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə Xəzər, Qara və Azov dənizləri, İran körfəzi, Volqa çayı və Aralıq dənizinin şərq hissəsində hərəkət edən gəmilərdə etibarlı və stabil internet xidmətləri təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR