Azərkosmos: Azərbaycan ilin sonuna kimi 46-cı orbital mövqeni alacaq

Azərkosmos: Azərbaycan ilin sonuna kimi 46-cı orbital mövqeni alacaq
# 11 may 2023 12:12 (UTC +04:00)

Bu ilin sonuna Azərbaycan 46-cı orbital mövqeni alacaq.
APA-Economics” xəbər verir ki, bunu “Azərkosmos” İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.
“İlin sonuna kimi 46-cı orbital mövqeyi alacağıq. Biz daima bazarı izləyirik və istəyirik ki, orbital mövqeyimiz 13-23 olsun”, - deyə Saməddin Əsədov qeyd edib.
İdarə heyətinin sədri onu da bildirib ki, 30 il əvvəl Malayziya dövləti 46-cı orbital mövqeyi alıb və Azərbaycan Malayziya ilə birgə bu orbital mövqedən istifadə edir. Lakin bu ilin sonuna həmin mövqe tam Azərbaycanın olacaq: “Bundan sonra 4,5,6 peyk buraxa biləcəyik”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR