Azərkosmos: Azərbaycanda peyklərin istehsalı infrastrukturunu formalaşdırmaq istəyirik

Azərkosmos: Azərbaycanda peyklərin istehsalı infrastrukturunu formalaşdırmaq istəyirik
# 11 may 2023 11:50 (UTC +04:00)

Azərbaycana kosmik texnologiyaların gətirilməsi və yeni texnologiyaların formalaşdırılması böyük əhəmiyyət kəsb edir.

APA-Economics” xəbər verir ki, bunu “Azərkosmos” İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.

“Ölkəmizin 2030-cu ilə qədər kosmik baxışını işləyib hazırlamışıq. Yaxın müddətdə rəhbərliyə təqdim olunacaq. Ölkəmizin kosmik sahədə davamlı inkişafı üçün ölkəmizdə peyklərin istehsalı və testi kimi infrastruktur formalaşdırmaq istəyirik. Çünki bizim yerli mütəxəssislərimiz peyklərin idarə edilməsi ilə məşğuldurlar və öz bilik, bacarıqlarını yeni texnologiyalarda sınamaq istəyirlər”, - deyə Saməddin Əsədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR