"Azərkosmos" bu il xidmətlərin ixracından 25,5 mln. dollar gəlir əldə edib

"Azərkosmos" bu il xidmətlərin ixracından 25,5 mln. dollar gəlir əldə edib
# 30 avqust 2019 14:37 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə 25,5 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.

"Bu ilin iyul ayında “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 mln. ABŞ dolları dəyərində xidmət ixrac edib. "Azərkosmos" ASC-nin 2019-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq və Birləşmiş Ərəb Əmirlikləridir", - deyə R. Hüseyn qeyd edib.

Qeyd edək ki, "Azərkosmos" cari ilin sonuna gəlirlərin 45 mln. dollara çatacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR