"Azərkosmos" dövlət qurumları ilə birgə 400-dən çox layihə həyata keçirib

"Azərkosmos" dövlət qurumları ilə birgə 400-dən çox layihə həyata keçirib
# 01 dekabr 2022 10:17 (UTC +04:00)

Azərbaycanda dövlət proqramı sayəsində məsafədən müşahidə ilə peyk xidmətlərinin istifadəsi artıb.

"APA-Economics“ xəbər verir ki, bunu “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)"nin İdarə Heyətinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dörd il ərzində "Azərkosmos" tərəfindən peyk təsvirlərindən istifadə etməklə yerli dövlət qurumları və təhsil müəssisələri ilə birgə 137-si elmi təqdiqat layihəsi olmaqla ümumilikdə 400-dən çox layihə həyata keçirilib.

Ümumilikdə 32 dövlət qurumuna 5,5 milyon kv. kilometr sahədə peyk təsviri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR