"Azərkosmos" xidmət ixracını 81% artırıb

"Azərkosmos" xidmət ixracını 81% artırıb
# 30 oktyabr 2019 11:58 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 30,2 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 81% çoxdur.

APA-Economics”in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın 2019-cu ilin oktyabr sayında deyilir.

Məlumata əsasən, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib. ASC-nin 2019-cu ilin yanvar-sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.

Bu ilin sentyabr ayında isə “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 2,2 mln. dollar dəyərində xidmət ixrac edilib, icmalda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR