“Azərkosmos” ötən ay 37 ölkəyə xidmət ixrac edib

“Azərkosmos” ötən ay 37 ölkəyə xidmət ixrac edib
# 28 fevral 2023 12:22 (UTC +04:00)

2023-cü ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 37 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

APA-Economics”ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80%-ni təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 408,7 min dollar ilə Birləşmiş Krallıq, 359,2 min dollar ilə Lüksemburq, 270,2 min dollar ilə Fransa, 146 min dollar ilə BƏƏ, 87,4 min dollar ilə Pakistan qərarlaşıb.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR