"Azərkosmos"da ağacəkmə aksiyası keçirilib - FOTO

"Azərkosmos"da ağacəkmə aksiyası keçirilib - FOTO
# 10 mart 2023 17:40 (UTC +04:00)

"Azərkosmos" tərəfindən Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

APA-Economics” xəbər verir ki, tədbir "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində baş tutub.

Aksiyada "Azərkosmos"un və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi iştirak edib.

Aksiya zamanı Mərkəzin yerləşdiyi Qobustan rayonunun iqliminə uyğun olaraq, ümumilikdə 300-dən çox eldar şamı, zeytun, evkalipt ağac tingləri əkilib, Mərkəzin ərazisində abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması və yaşıllıqların qorunmasını hər zaman diqqətdə saxlamaqdır.

Xatırladaq ki, “Azersky” – Yer səthinin məsafədən müşahidə peykinin təsvirləri ətraf mühitin qorunması üçün mühüm vasitələrdəndir. Azərbaycanın təmiz ətraf mühitə malik “yaşıl artım” ölkəsinə çevrilməsi üçün peyk təsvirlərindən istifadə olunur. Belə ki, peyk təsvirləri sayəsində ətraf mühitdə ölkəmizin su, hava, torpaq, bitki örtüyünün təbii və insan faktorundan asılı olan dəyişiklikləri ölçülür və davamlı olaraq monitorinq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR