"Azərpoçt" bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək

"Azərpoçt" bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək
# 29 aprel 2022 15:10 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Ramazan bayramı ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək. MMC-dən “APA-Economics”ə verilən məlumata görə, 2 və 3 may tarixində ölkə üzrə fəaliyyət göstərəcək şöbələr aşağıdakılardır:

- 1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi, saat 09:00-18:00
- 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00
- 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri, saat 09:00-17:00
- 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, saat 10:00-17:00
- 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-17:00
- Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-17:00

İstehsalat zərurəti ilə əlaqədar olaraq aşağıdakı poçt şöbələri adi iş rejiminə uyğun şəkildə fəaliyyət göstərəcək:

- 1 saylı poçt filialının 1, 3, 7,8, 20, 21, 25, 33, 52, 66, 108, 152 saylı poçt şöbələri,saat 10:00-17:00
- 2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri, saat 10:00-17:00
- 3 saylı poçt filialının 34, 40, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 saylı poçt şöbələri, saat 10:00-17:00
- 4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 saylı poçt şöbələri, saat 10:00-17:00

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması - təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR