“Azərpoçt” ölkə ərazisində 11 regional poçt filialı yaradıb

“Azərpoçt” ölkə ərazisində 11 regional poçt filialı yaradıb
# 10 oktyabr 2019 09:44 (UTC +04:00)

“Azərpoçt” MMC tərəfindən istehsalat zərurəti ilə əlaqədar respublika ərazisində regional poçt filialları yaradılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, məqsəd regional poçt filiallarının işinin səmərəliliyinin artırılması və genişləndirilməsi, operativliyin təmin olunması və ən əsası poçt göndərişlərinin nəzarət-keçid müddətlərinin sürətləndirilməsində irəliləyişə nail olmaqdır. Hazırda 11 regional poçt filialı tam formalaşaraq fəaliyyət göstərir.

Bunlar Şirvan, İmişli, Gəncə, Göyçay, Cəlilabad, Yevlax, Tovuz, Xaçmaz, Şəki, Şamaxı, Sumqayıt regional poçt filiallarıdır.

Regional poçt filiallarının inkassator avtomobilləri və digər zəruri avadanlıqlarla təmin olunması istiqamətində addımlar atılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR