“Azərpoçt” Zəfər günü ilə bağlı poçt bloku nəşr edib

“Azərpoçt” Zəfər günü ilə bağlı poçt bloku nəşr edib
# 05 noyabr 2022 10:55 (UTC +04:00)

“Azərpoçt” MMC Zəfər gününün ikinci ildönümü münasibətilə yeni poçt bloku nəşr etdirib.

APA-Economics” “Azərpoçt”un yaydığı məlumata istinadən xəbər verir ki, “Zəfər Günü” adlı poçt bloku “Şuşa şəhid övladlarının gözü ilə” mövzusu əsasında hazırlanıb. Bloka daxil olan markalarda 9 istedadlı şəhid övladının Şuşanı tərənnüm edən rəsm əsərləri əksini tapıb.

Markaların möhür vasitəsilə “söndürülməsi” prosedurunu Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Ramiz Qasımovun qızı Gülanə Qasımova və Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, şəhid Rəşad Atakişiyevin oğlu Turqut Atakişiyev həyata keçirib.

Poçt bloku 10 min tirajla nəşr edilib. Markalarla yanaşı, 200 ədəd “Birinci gün” zərfi də çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR