"Azerspace-1" peykinə yatırılan sərmayələrin 80%-dən çoxu geri qaytarılıb

"Azerspace-1" peykinə yatırılan sərmayələrin 80%-dən çoxu geri qaytarılıb
# 11 yanvar 2022 14:19 (UTC +04:00)

Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1"ə yatırılan sərmayələrin 80%-dən çoxu geri qaytarılıb.

Bunu "APA-Economics"ə Azərbaycan Kosmik Agentliyinin sədri Saməddin Əsədov deyib.

Onun sözlərinə görə, "Azerspace-1" peykinin layihəsinin icrasına 230 mln. ABŞ dolları yatırılıb: ""Azerspace-1" peykinin kommersiya fəaliyyətinə başlamasından 8 il ötüb. Peykinin qalan ömür müddəti isə təxminən daha 9 il nəzərdə tutulur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR