"Azərsu": 150 min abonentin sayğacının istismar müddəti başa çatıb

"Azərsu": 150 min abonentin sayğacının istismar müddəti başa çatıb
# 26 may 2023 16:27 (UTC +04:00)

"Azərsu" ASC-nin abonentlərinin 150 mindən çoxunun sayğacının istismar müddəti başa çatıb.

"APA-Economics" xəbər verir ki, bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bugünkü brifinqdə bildirib.

"Nəzərə alsaq ki, hazırda 197 min abonentin sayğacı yoxdur, bu rəqəmi də onun üzərinə gəlsək ümumi rəqəm 350 mini ötür. Vaxtı keçmiş sayğaclar daha çox bizə sərf etmir. Çünki belə sayğaclar su istehlakını az hesablayır", - deyə Anar Cəbrayıllı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR