"Azərsu" 8,8 mln. manatlıq tenderin qalibini açıqlayıb

"Azərsu" 8,8 mln. manatlıq tenderin qalibini açıqlayıb
# 18 iyun 2022 11:14 (UTC +04:00)

"Azərsu" ASC Zabrat qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

"APA-Economics" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Mühəndis Tikinti Layihə” MMC seçilib.

Qalib şirkətlə 2025-ci ilin sonuna kimi xidmətin göstərilməsini nəzərdə tutulan müqavilə üzrə 8,8 milyon manat ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR