"Azərsu": Abşeron rayonunda suyun verilməsi bir neçə saatdan sonra bərpa olunacaq

"Azərsu": Abşeron rayonunda suyun verilməsi bir neçə saatdan sonra bərpa olunacaq
# 18 iyul 2019 10:43 (UTC +04:00)

Abşeron rayonunun bəzi ərazilərində içməli suyun verilməsində müşahidə edilən məhdudiyyətlər bir neçə saat ərzində aradan qaldırılacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının “APA-Economics”ə verdiyi məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar ASC-nin əməkdaşları gecəboyu işləyiblər, işlər hazırda da davam edir: "Bir neçə saatdan sonra işlər yekunlaşacaq və suyun verilməsi bərpa olunacaq".

Qeyd edək ki, yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar artıq bir neçə gündür Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR