“Azərsu” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərsu” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
  • Clock-gray 13:42
  • calendar-gray 10 Avqust 2019

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək.

Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.
 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date