"Azeurotel"in telefon qovşağında yaranan fasilə aradan qaldırılır

"Azeurotel"in telefon qovşağında yaranan fasilə aradan qaldırılır
# 10 iyul 2021 12:35 (UTC +04:00)

"Bakı Telefon Rabitəsi" MMC-nin tabeliyində fəaliyyət göstərən "Azeurotel" telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Avtomat Telefon Stansiyalarındakı avadanlıqların işində fasilə yaranıb. "Baktelecom"dan "APA-Economics"ə verilən məlumata görə, nəticədə 2000 abunəçiyə rabitə xidmətlərinin ötürülməsində çətinlik yaranıb.
Hazırda növbətçi heyət yaranmış çətinliyin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir. Qısa zamanda telekommunikasiya xidmətləri tam olaraq bərpa ediləcək.
Gələcəkdə belə halların baş verməməsi və əhalinin dayanıqlı xidmətlərlə təminatı üçün tədbirlər gücləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR