"Azeurotel"in telefon qovşağında yaranan nasazlıq qismən aradan qaldırılıb

"Azeurotel"in telefon qovşağında yaranan nasazlıq qismən aradan qaldırılıb
# 11 iyul 2021 11:06 (UTC +04:00)

"Bakı Telefon Rabitəsi" MMC-nin tabeliyində fəaliyyət göstərən "Azeurotel" telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Avtomat Telefon Stansiyalarındakı avadanlıqların işində fasiləyə səbəb olan nasazlığın aradan qaldırılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. "Baktelecom"dan "APA-Economics"ə verilən məlumata görə, artıq 55% abunəçiyə rabitə xidmətlərinin ötürülməsində yaranan çətinlik aradan qaldırılıb. Telekommunikasiya xidmətlərinin ən qısa zamanda tam bərpası üçün işlər davam etdirilir.

Qeyd edək ki, 9 iyul tarixində yaranan nasazlıq, 2000 abunəçiyə rabitə xidmətlərinin ötürülməsinə çətinlik yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR