"Azexport" platformasında ixrac sifarişlərinin məbləği 1,5 mlrd. dollara çatıb

"Azexport" platformasında ixrac sifarişlərinin məbləği 1,5 mlrd. dollara çatıb
# 15 noyabr 2019 11:51 (UTC +04:00)

“Azexport.az” portalı “Made in Azerbaijan” məhsullarının beynəlxalq elektron ticarət platformalarında təmsil olunma səviyyəsini 3 min dəfə artırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, portala 2017-ci ildən etibarən daxil olan ixrac sifarişlərinin məbləği 1,5 mlrd. ABŞ dolları təşkil edib. “Azexport”un fəaliyyətə başlamasına qədər ixrac potensiallı sahibkarların elektron kommersiya imkanlarından istifadəsi 3% olubsa, 2019-cu ildə bu rəqəm 28%-ə çatıb.

Bu günədək “Azexport” portalına dünyanın 150 ölkəsindən 35 mindən artıq sifariş daxil olub. Portalın təqdim etdiyi Sərbəst Satış Sertifikatı vasitəsi ilə ixracatçılar 54 yeni ölkə bazarına çıxış əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR