“Azimut” şirkəti Həştərxan-Bakı reysini həyata keçirmək istəyir

“Azimut” şirkəti Həştərxan-Bakı reysini həyata keçirmək istəyir
# 26 aprel 2022 13:36 (UTC +04:00)

Rusiyanın “Azimut” aviaşirkəti Həştərxan-Bakı istiqamətində həftədə dörd dəfəyə qədər müntəzəm sərnişindaşıma həyata keçirməyə hazırdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin öz “Telegram” kanalında yazıb.

“Mən böyük tələbat olan birbaşa reysin bərpasında Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyinə ümid edirəm”, - qubernator əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR