“AzInTelecom” ETN üçün informasiya təhlükəsizliyi xidmətləri həyata keçirir

“AzInTelecom” ETN üçün informasiya təhlükəsizliyi xidmətləri həyata keçirir
# 31 yanvar 2023 10:53 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətlərini əldə edən dövlət qurumlarından biri Elm və Təhsil Nazirliyi oldu.

Əldə olunmuş razılığa əsasən nazirliyin informasiya sistemlərinin qurulması və dayanıqlı fəaliyyəti üzrə məsul qurum olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) üçün İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidmətləri göstərilir.

İT audit xidməti çərçivəsində TSİİ-yə məxsus şəbəkənin strukturunun və virtual mühitin dayanıqlılığının təmin edilməsi, şəbəkənin kənar müdaxilələrdən qorunması və s. kimi istiqamətlərdə boşluqların araşdırılması, onların aradan qaldırılması ilə bağlı təlimlərin keçirilməsi və tövsiyələrin verilməsi nəzərdə tutulur.

Kibertəhlükəsizlik auditi xidməti zamanı fiziki şəbəkə avadanlıqları və təhlükəsizlik həllərinin sazlanmalarının qiymətləndirilməsi, təkmilləşməsi üçün təkliflərin verilməsi, bu istiqamətlərdə təlimlərin keçirilməsi və tövsiyyələrin verilməsi nəzərdə tutulur.

Vurğulayaq ki, ölkənin bir çox böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi, Kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR