“AzInTelecom”un Data mərkəzləri 3 beynəlxalq sertifikasiya auditindən keçib

“AzInTelecom”un Data mərkəzləri 3 beynəlxalq sertifikasiya auditindən keçib
# 14 iyul 2022 14:40 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data mərkəzləri üç beynəlxalq standart üzrə tənzimlənən idarəetmə sistemləri dünyanın aparıcı sertifikatlaşdıma qurumlarından olan “DNV – Business Assurance” təşkilatının audit yoxlamasından keçib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, mərkəzlərdə İT xidməti idarəetmə sisteminin mükəmməlliyi “ISO/IEC 20000-1:2018” standartı üzrə resertifikasiya olunub. “ISO/IEC 20000-1:2018” sertifikatı İT xidməti idarəetmə sistemində yüksək keyfiyyəti və benefisiarların biznes maraqlarını rəhbər tutmaqla proseslərin inteqrasiyasını, məhsuldarlığın artırılmasını hədəfləyən struktur yanaşması və davamlı təkmilləşdirmə mədəniyyəti formalaşdırır. Bununla da benefisiarlara əlçatanlıq zonalarının növbəti sertifikasiya dövrü üçün proseslərin təhlükəsiz, düzgün idarə olunan, eləcə də təkmilləşən olmasına bir daha təminat verilmiş oldu.

Data mərkəzləri üçün yenilənən növbəti sertifikat isə informasiya təhlükəsizliyini əhatə edən “ISO/IEC 27001:2013” sertifikatıdır. Bu, şirkətin informasiya təhlükəsizliyinin idarəetmə sisteminin işlənib hazırlanması üçün nəzərdə tutulan standartdır. İnformasiya sisteminin şəffaflaşdırılması, biznes proseslərinin təhlükəsizliyi ilə bağlı əsas təhdidlərin aşkar edilməsi, təhlükəsizlik və idarəetmə sistemində təhdidlərdən, çatışmazlıqlardan qorunmaq üçün tövsiyələrin işlənib hazırlanmasından ibarət olan “ISO/IEC 27001:2013” standartı şirkətin rəqabət qabiliyyətini və informasiya risklərini idarə etmək qabiliyyətini artırır. Bu standartın mövcudluğu informasiya təhlükəsizliyinin effektiv idarə olunmasının bariz sübutudur.

Bakı və Yevlax şəhərlərində yerləşən əlçatanlıq zonaları üçün dövri auditdən uğurla keçmiş növbəti beynəlxalq “ISO 22301:2012” sertifikatı Biznesin Davamlılığı standartları üzrə oldu.

Qeyd edək ki, “AzInTelecom” MMC 2020-ci ildə Biznesin Davamlılığı İdarəetmə Sistemi standartı üzrə sertifikata (ISO 22301:2012) layiq görülən ilk Azərbaycan şirkəti olub.

Bu sənəd biznes proseslərinin davamlılığını təmin etmək, pozulmaların baş vermə ehtimalını azaltmaq, onlara hazırlaşmaq, reaksiya vermək və yaranan zaman onları bərpa etmək üçün idarəetmə sisteminin tətbiqi, saxlanması və təkmilləşdirilməsi kimi tələbləri müəyyən edir.

Qeyd edək ki, “AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO/IEC 20000-1:2018”, “ISO 22301:2012” və “ISO/IEC 27001:2013” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data mərkəzinə sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR