“Aztelekom”un baş direktoru səhhətinə görə vəzifəsindən ayrılıb

“Aztelekom”un baş direktoru səhhətinə görə vəzifəsindən ayrılıb
# 25 yanvar 2023 11:18 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Aztelekom” MMC-nin baş direktoru Klaus Müller tutduğu vəzifəni tərk edib.

APA-Economics” xəbər verir ki, o, öz təşəbbüsü ilə səhhətində yaranan problemə görə işindən ayrılıb.

Qeyd edək ki, 2016-2020-ci illərdə “Azerfon” MMC-nin icraçı direktoru kimi çalışan Klaus Müller, 2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə “Aztelekom” MMC-nin baş direktoru təyin olunmuşdu.

Hazırda bu vəzifənin müvəqqəti icrası “Yüksəliş” müsabiqəsinin iştirakçısı Elçin Niyazova tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR