Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
# 10 iyun 2023 11:49 (UTC +04:00)

Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə əlavə qatar reysləri təyin edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları"ndan bildirilib.

Məlumata görə, 10 iyun tarixində saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar -saat 13:20-də Ağstafa Dəmiryol Vağzalına çatacaq.

11 iyun tarixində saat 16:00-da Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar saat 20:55-də Bakı Dəmiryol Vağzalına çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR