"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” bu il 6 mln. tona yaxın yükaşırmağı planlaşdırır

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” bu il 6 mln. tona yaxın yükaşırmağı planlaşdırır
# 14 noyabr 2022 12:59 (UTC +04:00)

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” bu il 6 mln. tona yaxın yükaşırmağı planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Strateji Planlama və İnkişaf Departamentinin müdiri Xudayar Həsənli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu il liman üzrə yükaşırmada 10-12% artım gözlənilir.

Xudayar Həsənli onu da əlavə edib ki, bu ilin 10 ayında liman tərəfindən 5 mln. 357 min tona yaxın yük asırılıb, bu da 14%-ə yaxın artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR