Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yükdaşımaların həcmini artırıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yükdaşımaların həcmini artırıb
# 22 iyul 2019 12:23 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı üzrə ümumi yükdaşımalar 2 mln. tona yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1% çoxdur.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, yükaşırmaların 85,4%-i (1 692,4 min ton) tranzit yükaşırmanın payına düşüb.

Hesabat dövründə sərnişin daşınmasında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% artım qeydə alınıb və 19 984 nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR