"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"na ekoloji sertifikat veriləcək

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"na ekoloji sertifikat veriləcək
# 14 iyun 2019 10:35 (UTC +04:00)

Bu il "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC tərəfindən “EcoPort PERS” ekoloji sertifikatın alınması gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu barədə QSC-nin rəhbəri Taleh Ziyadov "Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi" layihəsinin təqdimatı zamanı bildirib.

Qeyd edək ki, Bakı Limanı bu gün ATƏT-lə birgə Xəzər dənizi limanlarımda "rəqamsal dəniz"in gücləndirilməsinə dair birgə layihəyə başlayıb.

T. Ziyadovun sözlərinə görə, ATƏT-in bu gün təməli qoyulan və üç qardaş limanı (Bakı, Türkmənbaşı və Aktau) birləşdirən layihə Xəzər regionunda ətraf mühitin qorunması və liman əməliyyatlarını sürətləndirən növbəti mühüm addım olacaq.

"Layihə çərçivəsində Bakı, Aktau və Türkmənbaşı limanlarının avtomatlaşdırma və rəqəmsallaşdırma proseslərinin yol xəritəsinin hazırlanması, bərpa olunan enerjinin istifadəsi imkanlarının araşdırılması üçün müvafiq texniki-iqtisadi əsaslandırılmanın yazılması, nəzərdə tutulub. Eyni zamanda dünyanın aparıcı yaşıl limanlarının qabaqcıl təcrübələri ilə tanış olunması məqsədilə təlimlərin və yaşıl limanlar üzrə təlimatlar hazırlanmaq üçün regional seminarların keçirilməsi də layihənin əsas məqsədlərindən biridir", - deyə T. Ziyadov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR