Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək

Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək
# 10 iyul 2019 12:23 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC iyulun 15-dən etibarən 98/97 nömrəli Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarının ləğv olunması ilə əlaqədar Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəlinə dəyişiklik edəcək.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarının ləğv olunması ilə əlaqədar Bakıdan iyulun 15-dən, Böyük Kəsikdən isə iyulun 16-dan etibarən 666/665 nömrəli Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.

Qatar Bakıdan saat 23:00-da yola düşəcək, saat 06:30-da Bakıya çatacaq.

Qatar Böyük Kəsikə saat 08:50-də çatacaq, saat 20:20-də Böyük Kəsikdən yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR